Azərbaycan AI-92 markalı benzin idxalını 30 dəfə artırıb

Azərbaycan 2022-ci ilin I yarısında 150 min 806,8 ton AI-92 markalı avtomobil benzini idxal edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 30,2 dəfə çoxdur.

Bu barədə hökumətdən məlumat verilib.

AI-92 markalı avtomobil benzininin idxal həcmi dəyər ifadəsində 173 milyon 403,17 min dollar (artım 72,6 dəfə) təşkil edib.

125 milyon 645,95 min dollar dəyərində 109 min 184,1 ton AI-92 markalı avtomobil benzini (bütün idxalın 72,4%-i) Rusiyadan, qalan həcm Türkmənistandan (41 milyon 731,96 min dollar dəyərində 36 min 571 ton), Qazaxıstandan (3 milyon 998,18 min dollar dəyərində 3 min 526,29 ton) və Rumıniyadan (2 milyon 27,08 min dollar dəyərində 1 min 525,41 ton) idxal edilib.

Benzin idxalı 2022-ci ilin fevral-iyun aylarında həyata keçirilib.

Azərbaycanda AI-92 markalı avtomobil benzini 2022-ci il aprel ayının 4-dən 50 gün müddətinə planlı təmirə dayandırılmış Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda istehsal olunur.

Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycana idxal edilən AI-95 və AI-92 markalı avtomobil benzininə tətbiq edilən 15% gömrük rüsumu 2022-ci il fevralın 1-dən iyunun 1-dək 15%-dən 0%-ə endirilib.

İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!

“İnterfaks-Azərbaycan”

Marja.az

ƏVVƏLKİ XƏBƏR

Ukrayna və Fransa liderləri arasında telefon danışığı olub

SONRAKI XƏBƏR

Zelenski Rusiya ilə bağlı xəbərdarlıq etdi: Gürcüstan və Türkiyə təhlükə altındadır