Azərbaycan xaricdən 323 ədəd yeni avtobus alıb – Qiyməti

Azərbaycan xaricdən 323 ədəd yeni avtobus alıb – Qiyməti<span class="qirmizi"></span>

2022-ci ilin yanvar-iyun aylarında ölkəyə 32 382 ədəd minik avtomobili, 2 306 ədəd yük avtomobili, 323 ədəd avtobus idxal olunmuşdur.

TED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2022-ci ilin 6 ayında Azərbaycana ümumilikdə 45 mln. 541 min dollar məbləğində avtobus idxal edilib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 9.3 dəfə çoxdur.

Statistik məlumatlara əsasən, hesabat dövründə respublikaya ümumilikdə 323 ədəd avtobus (artım 5.4 dəfə) idxal olunub.

Mənbə: ted.az