Dövlət Dəniz və Liman Agentliyində nöqsanlar aşkarlandı

Dövlət Dəniz və Liman Agentliyində nöqsanlar aşkarlandı<span class="qirmizi"></span>

Hesablama Palatası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Dövlət Dəniz və Liman Agentliyində dövlət vəsaitlərinin və əmlakının idarə olunmasının auditini aparıb.

Ednews xəbər verir ki, bu barədə Palatadan bildirilib.

Məlumata görə, kənar dövlət maliyyə nəzarəti tədbiri 11 oktyabr 2021-ci ilə qədər strukturu üç qurumdan - Dövlət Dəniz Agentliyindən, Dövlət Dəniz Agentliyinin tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi və Nəqliyyat və Texniki-Təminat İdarəsindən ibarət olmaqla fəaliyyət göstərmiş Dövlət Dəniz və Liman Agentliyinin 1 yanvar 2018-ci il tarixindən 1 yanvar 2022-ci il tarixinə qədərki fəaliyyətini və həmin dövr üzrə 43 milyon manata yaxın dövlət vəsaitini əhatə edib.

 

Mənbə: ednews.net