İKZF: "Vətəndaşlar kirayə mənzil mexanizmini tam qəbul edib"

"Əvvəl vətəndaşlarımız mənzillərin satmaq öhdəliyi ilə kirayəyə verilməsinə o qədər də etibar etmirdi. Bu mexanizmin yeni olması ilə bağlı idi. Amma son dövrlərdə imzalanan müqavilələrin sayı göstərir ki, artıq maraq var. Təkcə son 1 ayda 300 müqavilə imzalanıb".

“Report” xəbər verir ki, bunu İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) Kirayə Mənzil Departamentinin direktor müavini Aslan Zeynalov bildirib.

"Bu rəqəm vətəndaşların kirayə mənzil mexanizmini tam qəbul etdiklərini, yaradılmış imkanlardan yararlanmaq istəklərini göstərir. Bununla bağlı biz mütəmadi olaraq Fondun rəsmi internet səhifəsində, sosial media hesablarında, "Asan Xidmət" mərkəzlərində yeni məlumatlar yayırıq”, - deyə o, qeyd edib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Gürcüstanın Baş naziri Paşinyanla görüşdü

SONRAKI XƏBƏR

“Onlar əmin oldular ki, Krımı tərk etməlidirlər” - "1 milyondan çox Rusiya vətəndaşı panika içindədir”