Sürpriz faiz endirimindən sonra Çin yuanı ucuzlaşır

Sürpriz faiz endirimindən sonra Çin yuanı ucuzlaşır<span class="qirmizi"></span>

Çinin pul vahidi yuanın daxili dəyəri dollar qarşısında son iki ilin ən aşağı səviyyəsinə düşüb, çünki dünyanın əsas iqtisadiyyatları faiz artırarkən, Çin faiz endirib.

Marja xəbər verir ki, Çində yuanın dollara nisbətdə dəyəri 0,4 faiz azalaraq 6,8168 səviyyəsinə çatıb ki, bu da 2020-ci ilin sentyabrından bəri ən aşağı səviyyədir. Valyutanın ucuzlaşmasına Çin Xalq Bankının (PBOC) bu həftə gözlənilməz faiz endirməsi səbəb olub.

 

Analitiklər bildirirlər ki, zəif iqtisadiyyat ilə əlaqədar olaraq yuan daha da uculaşacaq və Dollar/yuan məzənnəsi 2023-cü ilin ilk rübündə 7 səviyyəsinə çata bilər.

Analitiklər yuanın zəifləyəcəyini proqnozlaşdırırlar, çünki PBOC-nin yumşaq pul siyasəti Fed-in inflyasiyanı cilovlamaq üçün faiz dərəcələrini artırması ilə getdikcə ziddiyyət təşkil edir.

Mənbə: marja.az