Türkiyə Rusiya ilə Ermənistan ərazisindən keçən dəhlizin açılmasını müzakirə edir

Türkiyə Rusiya ilə Ermənistan ərazisindən keçən dəhlizin açılmasını müzakirə edir<span class="qirmizi"></span>

Türkiyə Ermənistanın Sünik bölgəsindən (Zəngəzur dəhlizi) dəhliz açmaq üçün Rusiya ilə danışıqlar aparır.

"Unikal" xəbər verir ki, bunu Türkiyənin ticarət nazirinin müavini, Gömrük İdarəsinin rəisi Rza Tuna Turağay deyib.

"Zəngəzur dəhlizinin açılması ilə bağlı Rusiya ilə yüksək səviyyəli danışıqlar davam edir. Biz dəhlizin çox yaxın vaxtlarda açılacağını gözləyirik"

Nazir müavininin sözlərinə görə, bu gün “dəhlizin tezliklə açılması məsələsi Azərbaycan-Türkiyə ticarət əlaqələrinin genişləndirilməsi baxımından ən vacib məsələlərdən biridir”. O qeyd edib ki, Türkiyə Azərbaycanla ticarət dövriyyəsini indiki 5 milyard dollardan 15 milyard dollara çatdırmağı hədəfləyib və bu kontekstdə dəhlizin vaxtında açılması vacibdir.

Maraqlıdır ki, rəsmi İrəvan dəhliz məntiqində nəqliyyat marşrutunun açılması ilə bağlı danışıqlar faktını təkzib edir. Lakin avqustun 18-də məlum olub ki, Ermənistan tərəfi Ermənistan-Azərbaycan dövlət sərhədinin 3 hissəsində: Sotk, Yerasx və Qarahuncda nəzarət-buraxılış məntəqələri yaradacaq. Müvafiq layihə Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidməti tərəfindən hazırlanıb.

Qeqarkunik rayonunun Sotk icmasından Kəlbəcərə (Karvaçara), Ararat rayonunun Yerasx icmasından Sədərəkə və Sünik rayonunun Qarahunc icmasından Eyvazlıya gedən yollarda yeni sərhəd-keçid məntəqələri yaradılacaq.

Mənbə: www.unikal.org