Azərbaycan Gürcüstanın ən böyük ixracatçıları arasında yer alıb

Azərbaycan Gürcüstanın ən böyük ixracatçıları arasında yer alıb.

“Report” Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Statistika Xidməti məlumat yayıb.

Məlumata görə, 2022-ci ilin yanvar-iyul aylarında Gürcüstanın ümumi ixrac həcmində 10 ən böyük ixracatçı ölkənin payı 79,6 % təşkil edib. İlk üç ixracatçı Çin (475,6 milyon ABŞ dolları), Azərbaycan (351,5 milyon dollar) və Rusiyadır (339,1 milyon dollar).

Qeyd edilir ki, yanvar-iyul aylarında ixrac 36,4 %, idxal isə 34,8% artıb. Bu dövrdə xarici ticarət dövriyyəsi 10 188,1 milyon ABŞ dolları təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 35,3 % çoxdur.

Statistika Xidməti qeyd edib ki, ixracın payı 3 100,7 milyon ABŞ dolları (36,4 % çox), idxalın payı isə 7 087,4 milyon ABŞ dolları (34,8% çox) təşkil edib.

2022-ci ilin yanvar-iyul aylarında Gürcüstanın mənfi ticarət saldosu 3 milyard 986,7 milyon dollar (xarici ticarət dövriyyəsinin 39,1 faizi) təşkil edib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Pilotlar yatdı, təyyarə aeroportu ötüb keçdi

SONRAKI XƏBƏR

Rusiyanın sabiq baş narkoloqu özünü təqsirli bilmədi - YENİLƏNİB