Bitkoin 7 %-dən çox ucuzlaşıb

Bitkoin 7 %-dən çox ucuzlaşıb<span class="qirmizi"></span>

Dünyanın aparıcı kriptovalyutası - bitkoin 21 min ABŞ dollarına kimi ucuzlaşıb.

“Report” xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 7,3 % ucuzlaşaraq 21,15 min ABŞ dollarına satılıb. Nəticədə onun kapitallaşması 404 milyard ABŞ dolları kimi azalıb.

Bazar kapitallaşmasına görə 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti isə son bir sutkada 10,3 % azalaraq 1,6 min ABŞ dolları olub. İlk onluqda qərarlaşan altkoinlərdən ən çox dəyər itirən “Ethereum”dur.

Kriptovalyuta bazarının toplam dəyəri 1 trilyon ABŞ dollarına düşüb.

"СoinМarketСap"in Bakı vaxtı ilə saat 09:33-ə olan məlumatları aşağıdakı kimidir.

Mənbə: report.az