Əli Əsədov: "Valyuta ehtiyatları birbaşa xarici dövlət borcunu 7 dəfədən çox üstələyir"

Əli Əsədov: "Valyuta ehtiyatları birbaşa xarici dövlət borcunu 7 dəfədən çox üstələyir"<span class="qirmizi"></span>

Azərbaycanın strateji valyuta ehtiyatları bu il 2,7 ABŞ dolları artaraq 56 millyard dollara yaxınlaşıb və birbaşa xarici dövlət borcunu 7 dəfədən artıq üstələyir.

"Report" Nazirlər Kabinetinə istinadən xəbər verir ki, bunu Baş Nazir Əli Əsədov 2023-cü il üzrə dövlət və icmal büdcə layihələrinin, həmçinin sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin müzakirəsinə həsr olunmuş geniş iclasda bildirib.

O, gələn il büdcə gəlirlərinin 30,7 milyard manat, büdcə xərclərinin isə 33,3 milyard manat nəzərdə tutulduğunu, büdcə kəsirinin ÜDM-ə nisbətinin 2,4% təşkil edəcəyini qeyd edib.

Mənbə: report.az