DİQQƏT! - Bu rayonların qaz təchizatında müvəqqəti fasilə yaranacaq

 

“Qaz İxrac” İdarəsinə məxsus “Yevlax-Şəki-Balakən” yüksək təzyiqli magistral qaz kəmərində aparılacaq təmir işləri ilə əlaqədar, 23.09.2022-ci il tarixdə saat 09:00-dan etibarən işlər başa çatanadək “Cəfərabad”, “Aşağı Göynük”, “Qax”, “Əliabad”, “Zaqatala”, “Makov”, “Katex”, “Balakən” QPS-lərdən və “Şəki Kərpic zavodu” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

"Paralel.az" xəbər verir ki, təmir işləri aparılan müddətdə Qax, Zaqatala, Balakən rayonlarının tam olaraq, Şəki rayonunun isə böyük hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Paralel.az

ƏVVƏLKİ XƏBƏR

“Haber Global”: Ərdoğandan İlham Əliyev və Paşinyan açıqlaması – VİDEO

SONRAKI XƏBƏR

NATO Çinə Rusiya ilə bağlı çağırış etdi