Funt sterlinq 1985-ci ildən bəri ən aşağı səviyyəyə düşüb

Funt sterlinq 1985-ci ildən bəri ən aşağı səviyyəyə düşüb<span class="qirmizi"></span>

Böyük Britaniyanın rəsmi valyutasının dəyəri 1985-ci ildən bəri minimumu yeniləyərək, psixoloji əhəmiyyətli 1,1 dollardan aşağı düşüb. Bunu Investing.com maliyyə platformasının məlumatları sübut edir. Bu, Böyük Britaniya hökumətinin ölkədə vergiləri azaltmaq planlarını elan etməsindən sonra baş verib.

Saat 15:37-də (Bakı vaxtı ilə 18:37) funt sterlinqin məzənnəsi 1,0909 dollara düşüb. Saat 21:50-dək (Bakı vaxtı ilə) 1 funt sterlinq 1,08 dollara başa gəlir. İlin əvvəlindən Britaniya valyutası dollara nisbətdə 18,5% ucuzlaşıb.

 

Mənbə: azvision.az