"Toyota" Rusiyada istehsalı tamamən dayandırır

“Toyota Motor” şirkəti Rusiyadakı yeganə zavodunda avtomobil istehsalını dayandırmaq qərarına gəlib.

Axar.az xəbər verir ki, bu barədə şirkətin bəyanatında deyilir.

Qeyd olunur ki, avtomobil istehsalçısı mart ayında Sankt-Peterburqdakı zavodunda işləri dayandırıb. Buna baxmayaraq, “Toyota” bütün işçilərini ixtisar etmədi və şərait imkan verdikdə zavodu istehsalı bərpa etməyə hazır saxlamışdı.

"Altı aydan sonra biz normal fəaliyyəti bərpa edə bilmədik və gələcəkdə fəaliyyətimizi bərpa edə biləcəyimizə dair heç bir əlamət görmürük" – şirkət bildirib.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Rusiya bu şəxsləri də xarici agent siyahısına daxil etdi

SONRAKI XƏBƏR

ABŞ və Fransanın İrəvandakı səfirlikləri öz vətəndaşlarına çağırış etdi