Rusiyadan Antalyaya son bilet 11 min dollara SATILDI

Prezident Putinin Rusiyada "qismən səfərbərlik” elan etməsindən sonra ölkədən qaçmaq davam edir. Bu gün Domodedovo hava limanından Antalyaya yola düşəcək təyyarənin son oturacağı 650 min 859 rubla, yəni təxminən 11 min dollara satılıb.

7NEWS.az xəbər verir ki, Rusiyada elan edilən qismən səfərbərlikdən sonra ölkə vətəndaşlarının Antalya, İstanbul, İzmir, Dubay, Daşkənd, Bakı, Tbilisi, İrəvan və Astana kimi şəhərlərə olan sıx tələbi səbəbindən aviabiletlərin qiymətləri 10 dəfədən çox artıb. Bildirilib ki, bu gün Moskva Domodedovo hava limanından Antalyaya uçacaq təyyarənin son oturacağı 650 min 859 rubla, yəni təxminən 11 min dollara satılıb.

Icmal.az

ƏVVƏLKİ XƏBƏR

Paşinyanın növbəti yalanı, bunun kimilər...

SONRAKI XƏBƏR

Miqran Azərbaycan əsgərinin Xankəndiyə gəlməsini gözləyir - 27 sentyabr və sonra...