Fransada odun şirkətlərinin səhmləri 7 dəfə bahalaşıb

Fransada odun şirkətlərinin səhmləri 7 dəfə bahalaşıb<span class="qirmizi"></span>

Fransada enerji böhranı odun satan şirkətlərin səhmlərinin 700 faiz bahalaşmasına səbəb olub.

Enerji qiymətlərinin qalxması ilə əlaqədar olaraq, əhali odun alışına üz tutub.

Məlumata görə, qarşıdan gələn qış öncəsi qaz və işığın bahalaşması vətəndaşları alternativ yanacaqdan istifadəyə sövq edir.

Bundan əlavə, hökumətin yaşıl yanacağın təşviqi və son iki ildə neft, habelə kömür qazanlarının quraşdırılmasına qadağa qoyması oduna tələbi artıran digər səbəb olub.

Mənbə: www.oxu.az