Almaniyadan enerji böhranına qarşı YENİ ADDIM

Almaniyadan enerji böhranına qarşı  YENİ ADDIM<span class="qirmizi"></span>

Almaniya enerji böhranı üçün yeni bir bölmə yaratmağa qərar verib.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Federal İqtisadiyyat və İqlim Mühafizəsi Naziri Robert Hebek, enerji böhranı qarşısında nazirliyin yenidən qurulmasına qərar verən, bu məqsədlə enerji təhlükəsizliyi və iqtisadi sabitlik üçün yeni bir bölmə yaradır.

Nazirlik sözçüsü mediada mövzu ilə bağlı xəbəri təsdiqləyib. Yeni yaradılan bölmənin sinerji yaradaraq enerji üzərində daha intensiv işləməsi gözlənilir.
İndiyədək 1-ci İqtisadi Siyasət Departamentinə rəhbərlik edən Filip Ştaynberq yeni bölmənin idarəçiliyini öz üzərinə götürəcək. Ştaynberq eyni zamanda Uniper və ya Lufthansa kimi şirkətlər üçün stabilləşdirmə tədbirlərinə cavabdeh olub.

Nazirliyin sözçüsü bildirib ki, iki şöbə birləşdiriləcəyi üçün yeni menecerə ehtiyac olmayacaq. İqtisadiyyat Nazirliyində yeni departament ilk növbədə Rusiyanın Ukraynaya qarşı müharibəsi nəticəsində yaranmış enerji böhranının nəticələri ilə məşğul olacaq.

Mənbə: manset.az