Fransa gələn il qaz tariflərini artırmayacaq

Fransa hakimiyyəti gələn il qaz və elektrik enerjisi tariflərinin 15%-dən çox artmasına icazə verməyəcək.

"Report" xəbər verir ki, bunu Maliyyə Nazirliyi yanında büdcə siyasəti üzrə nazir nümayəndəsi Qabriel Attal "Le Journal du Dimanche" qəzetinə müsahibəsində bildirib.

"Fransızların alıcılıq qabiliyyətini qorumaq üçün gələn il elektrik enerjisi və qaz tariflərinin artırılmasına 15% məhdudiyyət qoyulacaq", - Attal bildirib. Onun sözlərinə görə, əks halda tariflər daha çox artırıla bilər.

O, həmçinin Fransa hakimiyyətinin aşağı gəlirli insanlar üçün gəlir vergisini azaltmaq planlarını açıqlayıb.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Juboksinq Citsu üzrə Bakı Turniri - VİDEO

SONRAKI XƏBƏR

Almaniyada idman təyyarələri toqquşdu, pilotlar öldü