Britaniya əmək miqrantlarını cəlb etmək üçün viza tələblərini yüngülləşdirə bilər

Britaniya əmək miqrantlarını cəlb etmək üçün viza tələblərini yüngülləşdirə bilər<span class="qirmizi"></span>

Böyük Britaniya hökuməti ciddi işçi çatışmazlığı ilə mübarizə aparmaq üçün əmək miqrantlarının qəbulunu artıra bilər.

“Report” xəbər verir ki, bu barədə “The Sunday Times” məlumat yayıb.

Yaxın həftələrdə yeni baş nazir kənd təsərrüfatı sahəsinə mövsümi işçilərin cəlb edilməsini artırmağı və iş vizalarının alınması üçün sadələşdirilmiş prosedur tətbiq olunan peşələrin siyahısını genişləndirməyi planlaşdırır. Xüsusilə, onlara genişzolaqlı İnternet şəbəkəsinin çəkilməsi üzrə mütəxəssislər daxil ola bilər.

Britaniya hakimiyyəti iş vizası almaq üçün tələb olunan dil bilmək tələblərini yüngülləşdirə bilər.

Mənbə: report.az