Aİ ölkələri enerji istehlakında azalma həcmini seçə biləcəklər

Aİ ölkələri enerji istehlakında azalma həcmini seçə biləcəklər<span class="qirmizi"></span>

Avropa Komissiyasının (AK) Avropada enerji böhranı ilə mübarizə layihəsi Aİ ölkələrinə elektrik enerjisi istehlakının azaldılması həcmini müstəqil şəkildə seçmək imkanı verəcək.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” nəşri məlumat yayıb.

Bildirilib ki, hər bir ölkə enerji istehlakını nə qədər azaldacağına özü qərar verə biləcək.

Nəzərdən keçirilən təklifdə qeyd olunub ki, hər bir dövlət pik saatlarda enerji istehlakını 7 faiz azaltmalıdır.

Mənbə: report.az