İtaliyada 120 min müəssisə enerji böhranı səbəbindən bağlana bilər

İtaliyada 120 min müəssisə enerji böhranı səbəbindən bağlana bilər<span class="qirmizi"></span>

İtaliyada 120 minə yaxın müəssisə elektrik enerjisi qiymətlərinin artması səbəbindən bağlanma təhlükəsi ilə üzləşib.

Bu barədə ölkənin Sahibkarlar Assosiasiyasının rəhbəri Karlo Sanqalli məlumat verib.

“2023-cü ilin birinci yarısınadək ən azı 120 min kiçik xidmət müəssisəsi bağlanma riski altındadır ki, bu da 370 mindən çox iş yerinin itirilməsi ilə nəticələnə bilər”, - deyə o bildirib.

Onun sözlərinə görə, İtaliyada elektrik enerjisinin qiyməti Avropa regionunun digər ölkələrinə nisbətən daha sürətlə və daha çox bahalaşıb.

Mənbə: www.oxu.az