Rusiyanın 11 aeroportuna uçuşların məhdudlaşdırılması rejimi yenə uzadılıb

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) ölkənin cənub və mərkəzi hissəsindəki 11 hava limanında uçuşların məhdudlaşdırılması rejimininin müddətini oktyabrın 2-dək uzadıb.

“Report” “Rosaviasiya”nın məlumatına istinadən xəbər verir ki, təyyarələrin Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Simferopol və Elista hava limanlarına uçuşları məhdudlaşdırılıb. Alternativ qismində Soçi, Volqoqrad, Mineralnıye Vodı, Stavropol və Moskvada yerləşən hava limanlarından istifadə etmək tövsiyə olunur.

Xatırladaq ki, Rusiyanın cənubunda və mərkəzində yerləşən hava limanlarına uçuşların məhdudlaşdırılması rejimi fevralın 24-dən etibarən tətbiq edilir. Məhdudiyyət sayca 36-cı dəfədir uzadılır.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Rus hakerlər 1500 ukraynalı casusun məlumatlarını yaydı

SONRAKI XƏBƏR

Rusiyada hərbi komissarlığa silahlı hücum olub, hərbi komissar güllələnib - YENİLƏNİB+VİDEO