Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 1% artıb

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 1% artıb<span class="qirmizi"></span>

Bu ilin yanvar-avqust aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 259,4 milyon manat kredit verilib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 % çoxdur.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 6,5 % azalaraq 221,1 milyon manata çatıb.

Ötən 8 ayda İKZF istiqraz buraxmaqla 155 milyon manat vəsait cəlb edib ki, bu da 1 il əvvələ nisbətən 3,1 % azdır. İl ərzində Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 2 dəfə artaraq 71,4 milyon manata çatıb.

Mənbə: report.az