Rusiya aviaşirkətləri ən nüfuzlu reytinq siyahısından çıxarıldı

Rusiya aviaşirkətləri ən nüfuzlu reytinq siyahısından çıxarıldı<span class="qirmizi"></span>

Böyük Britaniyanın “Skytrax” audit şirkəti bütün Rusiya aviaşirkətlərini bu sənayenin ən nüfuzlu hesab edilən reytinq siyahısından çıxarıb.

Axar.az xəbər verir ki, bu barədə “Avianews.com” məlumat yayıb.

Məlumata əsasən, 2022-ci il reytinqində Şərqi Avropa aviaşirkətlərinin TOP 10 siyahısında ilk yerdə Latviya var. Digər pillələrdə isə Polşa, Serbiya, Macarıstan, Çexiya, Xorvatiya, Rumıniya, Ukrayna, Bolqarıstan kimi ölkələr qərarlaşıb.

Qeyd edək ki, ötən il “Şərqi Avropanın ən yaxşı aviaşirkətləri”nin TOP-10 siyahısında 5 yeri Rusiya aviaşirkətləri tutmuşdu.

Mənbə: axar.az