Dolların bahalaşması kriptovalyutaları ucuzlaşdırır

Dolların bahalaşması kriptovalyutaları ucuzlaşdırır<span class="qirmizi"></span>

Dolların bahalaşması kriptovalyuta bazarında ciddi ucuzlaşmaya səbəb olur.

Sfera.az xəbər verir ki, 2021-ci ilin oktyabrında dəyəri 60 min dollardan baha olan “Bitcoin” hazırda 19,2 min dollara satılır.

Digər tanınmış kriptovalyuta olan “Ethereum”un dəyəri 4600 dollardan 1314 dollara qədər azalıb.

Kriptovalyutaların ucuzlaşması onların bazarının həcmini də kiçildir.

“Bitcoin”in bazar həcmi bir neçə ay öncə 1,2 trilyon dollar təşkil edirdisə, hazırda 365 milyard dollar, “Ethereum”un bazar dəyəri isə 560 milyard dollar təşkil etdiyi halda hazırda 160 milyard dollardır.

Mənbə: minval.info