Dünya neftinin qiymətinin düşməsi Azərbaycan neftinə necə təsir edəcək? - Ekspertdən münasibət

Dünya neftinin qiymətinin düşməsi Azərbaycan neftinə necə təsir edəcək? - Ekspertdən münasibət<span class="qirmizi"></span>

Xəbər verdiyimiz kimi dünya bazarında neftin qiyməti kəskin şəkildə ucuzlaşıb. Qiymət 78 dollaradək düşüb. Brent markalı neftin qiyməti 86 dollardan, WTI markalı neftin qiyməti isə 79 dollardan aşağı düşüb. Brent nefti 5,01% dəyər itirərək 85,85 dollar barelə qədər ucuzlaşıb. Maraqlıdır ki, dünyada neftin qiymətinin düşməsi Aİ-95 markalı neftin qiymətinə də təsiri olacaqmı?

Bununla bağlı Neft Araşdırmalar Mərkəzinin rəhbəri, enerji məsələri üzrə ekspert İlham Şaban Ednews-a açıqlamasında bildirib ki, bu dünyada çoxdan təsir edib. İyun ayında neftin qiyməti 115-116 dollar idi.

“Artıq avqust ayının ortasında neftin qiyməti 95 dollara düşdü. Neftin qiymətinin aşağı düşməsi neft məhsullarında da özünü göstərdi. Adətən neftqayırma zavodları özünün topdan satış qiymətlərinə iki həftədən bir düzəlişlər edirlər.”

Ekspertin sözlərinə görə ABŞ-da 5 dollardan baha satılan Aİ-95 markalı benzinin qiyməti 2 dollar ucuzlaşıb.

“Azərbaycan Aİ-92 markalı benzini də idxal edir. Aİ-95 markalı benzinin qiyməti Ai-92-dən ucuzdur. Çünki Aİ-95 markalı benzinin 75 faizi Rusiyadan gəlir. Rusiyada da qiymətlər artıma yox, ucuzlaşmaya gedir. Bu gün benzinin qiymətinin 2 manat olması bir qədər başa düşülən deyil. Türkiyədə neftin qiyməti bizdən ucuzdur. Türkiyədə bizim valyuta ilə hesablasaq 1 manat 83 qəpikdi. Nefti satan sxemi göstərməlidir ki, nəqliyyat xərcləri və digər xərclər nə qədərdir? Azərbaycan İqtisadiyyat nazirliyi yanında anti-inhisar agentliyi var. Azərbaycan hökümətinin 2014-cü il 1 aprel tarixində qəbul etdiyi qanunu var ki, yüksək oktanlı benzinlərin ölkə daxilində pərakəndə satışı dövlət tərəfindən tənzimlənmir. Bir ölkənin daxilində də 900-dən çox yanacaq doldurma məntəqəsi var. Əgər onlar eyni gündə qiyməti qaldırırlarsa, eyni gündə də aşağı salırlarsa bunun adı kartel sözləşməsidir. Yəni bazardakı bir qrup ticarətçinin sövdələşərək bazarda öz qiymətlərinin qibtə etməsi bu rəqabətə zidd qanundur. Arzu edirəm ki, vətəndaş kimi yanacaq doldurma məntəqələrində müxtəlif rəqəmlər görməyək”.

Ekpert qeyd etdi ki, Azərbaycanda cari ilə nisbətən yüksək oktanlı benzinin idxalı azalıb.

“Mən məəttəl qalıram ki yanacaq doldurma məntəqəsində bahalı maşınlar Aİ-92 markalı benzin alırlar. Bu ölkə üçün çox ziyandır. Hazırda ölkədə ən çox satılan dizel markalı benzindir. Bakı şəhərinin ekologiyasını hər gün korlayırlar. Çünki inkişaf etmiş ölkələrdən hər il ölkəmizə 60 min 70 min-ə yaxın avtomobillər gətirilir. Bu avtomobillərin qiyməti istehlakı da artır. Bu vəziyyət höküməti də razı salır. Çünki gətirilən hər avtomobildən satış qiymətindən əlavə vergi də tutulur. Təəssüf ki, burada ekologiyanı düşünən yoxdur”.

Ayan Rzayeva

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin: Twitter: Facebook: Telegram:

Mənbə: ednews.net