THY ilin sonunadək Rusiyanın bəzi şəhərləri, Minsk və Ukraynaya uçuşlar həyata keçirməyəcək

THY ilin sonunadək Rusiyanın bəzi şəhərləri, Minsk və Ukraynaya uçuşlar həyata keçirməyəcək<span class="qirmizi"></span>

Türk Hava Yolları Rusiyanın bir sıra şəhərlərinə, Ukraynaya, eləcə də Minskə uçuşların dayandırılmasını 2022-ci il dekabrın 31-dək uzadıb.

Bu barədə hava daşıyıcısının bazar ertəsi yaydığı məlumatda deyilir.

Bu yaz tətbiq edilən məhdudiyyətlər Rusiyanın Yekaterinburq, Krasnodar, Rostov və Soçi şəhərlərinə şamil edilib.

Bundan başqa, aviaşirkət Belarus və Ukraynaya uçuşları da ləğv edib.

Qarşıdan gələn reysin ləğvi halında müştərilərə aviadaşıyıcının çağrı mərkəzi ilə əlaqə saxlamaq tövsiyyə olunub.

Mənbə: TASS

Mənbə: www.oxu.az