WB ticarət tərəfdaşlarının valyutasının ucuzlaşmasının manata təsirini qiymətləndirib

WB ticarət tərəfdaşlarının valyutasının ucuzlaşmasının manata təsirini qiymətləndirib<span class="qirmizi"></span>

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən xarici valyuta satışı avqust ayında ötən ilin eyni deövrü ilə müqayisədə 4,6 % azalsa da, iyul ayı ilə müqayisədə 2 dəfədən çox artıb.

“Report” bu barədə Dünya Bankının (WB) aylıq iqtisadi bülleteninə istinadən xəbər verir.

Bülletenə görə, Azərbaycan manatının məzənnəsi sabit qalaraq, 1 ABŞ dolları üçün 1,7 manat səviyyəsində olub, halbuki Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatları artıb.

“Valyutaya olan zəif tələb ehtiyatların yaradılmasına kömək edib. Bununla bağlı Mərkəzi Bankının ehtiyatları avqust ayında nominal ifadədə 1,3 % artaraq 7,5 milyard ABŞ dollarına çatıb. Manatın nominal effektiv məzənnəsi bəzi ticarət tərəfdaşlarının valyutalarının ucuzlaşması nəticəsində 10,5 % bahalaşıb”, - bülletendə deyilir.

Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında ARDNF 3 milyard 392 milyon ABŞ dolları məbləğində xarici valyuta satıb. Bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 9,3 % azdır.

Avqustda Fondun xarici valyuta satışı 440,5 milyon ABŞ dolları təşkil edib.

Mənbə: report.az