Metrodan istifadə edən sərnişinlərin sayı kəskin artdı

Bakıda metrodan istifadə edən sərnişinlərin sayı kəskin artıb.

Bu barədə Axar.az Dövlət Statistika Komitəsindən məlumat verilib.

2022-ci ilin yanvar-avqust aylarında metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 4,5 dəfə artaraq 128,4 milyon nəfər olub.

Ümumilikdə, 2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanda nəqliyyatçılar 1 milyard 24,9 milyon sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 87,1 faizi avtomobil nəqliyyatı, 12,5 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Ukrayna Rusiyaya malların ixracına tam qadağa qoyub

SONRAKI XƏBƏR

14 yaşlı oğlandan dəhşətli əməl - Narkotik qəbul edib...