ABŞ-da ehtiyatların artması neftin ucuzlaşmasına səbəb olub

ABŞ-da ehtiyatların artması neftin ucuzlaşmasına səbəb olub<span class="qirmizi"></span>

Amerika Neft İnstitutu (API) ABŞ-da neft ehtiyatlarının artması haqqında məlumatları dərc etdikdən sonra dünya bazarlarında neft qiymətləri düşüb.

“Report” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” markalı neftin dekabr fyuçersləri 1,31 % ucuzlaşaraq, 1 bareli 83,76 ABŞ dollarına satılıb. "WTI" markalı neftin noyabr fyuçerslərinin qiyməti 1,38 % düşüb və 1 bareli 77,42 ABŞ dolları təşkil edib.

API-nin məlumatına əsasən sentyabrın 23-dək olan həftə ərzində ABŞ-da “qara qızıl”ın kommersiya ehtiyatları 4,2 milyon barel artıb. ABŞ-ın Energetika Nazirliyi ölkədə neftin kommersiya ehtiyatları ilə bağlı rəsmi statistikanı bu gün açıqlayacaq. Analitiklər ehtiyatların 0,4 milyon barel artacağını güman edirlər.

Mənbə: report.az