Azərbaycanda "MİR" kartı istifadə ediləcək?

Azərbaycan Mərkəzi Bankının baş direktoru Fərid Osmanov Rusiyanın milli ödəniş kartı "MİR"-in Azərbaycanda istifadə olunub-olunmayacağı məsələsinə aydınlıq gətirib. AzVision.az -a açıqla verən Baş direktor bildirib ki, hazırda “MİR” ödəniş kartları Azərbaycanda fəaliyyət göstərən bankların ekvayrinq şəbəkəsində qəbul edilmir:

F.Osmanov qeyd edib ki, “MİR” ödəniş sisteminin Azərbaycanda fəaliyyətinin təmin edilməsi ilə əlaqədar işlər aparılmır.

Qeyd edək ki, Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin bu günlərdə “TASS” agentliyinə müsahibəsində Rusiyanın Azərbaycan, Çin və Misirlə “Mir” ödəniş kartından istifadəyə dair danışıqlar apardığını bildirmişdi.

Aytən Zəhra
 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

“Kontakt”ın dəstəyi ilə keçirilən bu proqram uğurla başa çatdı

SONRAKI XƏBƏR

Ancelina Coli iranlı qadınları dəstəklədi - FOTO