Ekspert: "Rəqəmsal manat "kölgə iqtisadiyyatı"yla mübarizəyə imkan verəcək"

Ekspert: "Rəqəmsal manat "kölgə iqtisadiyyatı"yla mübarizəyə imkan verəcək"<span class="qirmizi"></span>

"Azərbaycanda rəqəmsal manatın yaradılması "kölgə iqtisadiyyatı"yla mübarizə aparmağa imkan verəcək".

"Report" xəbər verir ki, bunu Bakıda “Azərbaycan Fintex Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Azərbaycanda fintex ekosostemi: Bu gün və sabah" adlı konfransda çıxış edən iş adamı, "rəqəmsal manat" layihəsinin icrasında iştirak edən şirkətin rəhbəri Telman Axundov deyib.

"Rəqəmsal manat "private Blockchain" üzərində qurulacaq, onlayn və oflayn ödənişlərə, həmçinin sürətli pul köçürmələrinə şərait yaradacaq. Bundan əlavə, vergi, gömrük və digər dövlət ödənişlərini, həmçinin kreditləşməni asanlaşdıracaq", - deyə o qeyd edib.

Mənbə: report.az