Azərbaycan-Polşa biznes forumu keçirilə bilər

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev və Polşanın Azərbaycandakı səfiri Rafal Poborski Azərbaycan-Polşa biznes forumunun keçirilməsi imkanlarını müzakirə edib.

“Report” bu barədə AZPROMO-ya istinadən xəbər verir.

Məlumata görə, Y.Abdullayev Agentliyin əsas fəaliyyəti və hədəfləri barədə məlumat verib, tərəflər biznes dairələri arasında əlaqələrin genişləndirilməsi, imkanları ətrafında fikir mübadiləsi aparıb.

Xatırladaq ki, Azərbaycan-Polşa biznes forumu sonuncu dəfə 2020-ci ildə keçirilib.

2021-ci ildə Azərbaycanla Polşa arasında ticarət dövriyyəsinin dəyəri 111 milyon 32 min ABŞ dolları təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 2,4 % azdır.

Bu ilin yanvar-avqust aylarında isə iki ölkənin ticarət dövriyyəsinin dəyəri 75 milyon 231 min ABŞ dolları olub. Bu isə 1 il əvvələ nisbətən 0,3 % azdır.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Rəşad Məcid AYB sədrinin müavini vəzifəsində qalıb-qalmayacağına aydınlıq gətirib

SONRAKI XƏBƏR

Azərbaycan derbisi: Biletlərin qiyməti açıqlanıb