Pakistanla əməkdaşlıq imkanları müzakirə olunub

Pakistanla əməkdaşlıq imkanları müzakirə olunub<span class="qirmizi"></span>

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Pakistanın İnformasiya Texnologiyaları və Telekommunikasiya Nazirliyinin nümayəndə heyəti və biznes nümayəndələri ilə görüşüb.

KOBİA-dan bildirilib ki, Bakıda təşkil olunmuş Azərbaycan-Pakistan Texnologiya Forumu çərçivəsində keçirilmiş görüşdə mümkün əməkdaşlıq imkanlarına və KOBİA-nın hər iki ölkədən olan KOB-ları əlaqələndirmək üçün planlaşdırdığı fəaliyyətlərə dair fikir mübadiləsi aparılıb.

Mənbə: vergiler.az