Bakıda bu il sənaye istehsalı 68 mlrd. manatı ötüb

Bakıda bu il sənaye istehsalı 68 mlrd. manatı ötüb<span class="qirmizi"></span>

Bu ilin yanvar-avqust aylarında Bakı üzrə sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 68,1 milyard manat təşkil edib.

Bakı Statistika İdarəsindən Paralel.az -a verilən məlumata görə, sənaye məhsulunun 89,6 faizi mədənçıxarma, 9 faizi emal, 1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,4 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur. Sənayedə qeyri-dövlət sektorunun payı 93,3 faiz olub.

“İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 96,5 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 3,5 faiz təşkil edib. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 sentyabr 2022-ci il vəziyyətinə 403,2 milyon manatlıq hazır məhsul ehtiyatı olub”, - məlumatda qeyd olunur.

Məlumata görə, sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 75,9 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

Mənbə: paralel.az