Qarabağda torpaq kadastrı işləri aparılır - VİDEO

Qarabağda torpaq kadastrı işləri aparılır - <span class="qirmizi">VİDEO</span>

Qarabağ və Şərqi Zəngəzur iqtisadi bölgəsində torpaqların kəmiyyət və keyfiyyət göstəricilərinin elektron kadastr uçotu, bonitirovkası, iqtisadi qiymətləndirilməsi kimi torpaq kadastrı və yerquruluşu işlərinin icrası zərurəti yaranıb. Bu işlər ərazilərdə torpaqların iqtisadi dövriyyəyə cəlb olunması üçün inzibati ərazi vahidlərinin sərhədlərinin yer üzərində təsbit edilməsi və həmin sərhədlər daxilində bölgənin malik olduğu torpaq ehtiyatlarının həcmi, məqsədli təyinatı və hüquqi rejiminə uyğun tərkibinin müəyyənləşdirilməsinə imkan verəcək. Eyni zamanda, ayrı-ayrı təsərrüfat sahələrinin inkişafı üçün onların kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyən olunmasında, yeni yaşayış məntəqələrinin planlaşdırılmasında əhəmiyyətli məlumatların əldə edilməsinə şərait yaradacaq.

İşğaldan azad olunan ərazilərdə aparılan elektron kadastr uçotu torpaq islahatının həyata keçirilməsinə, daşınmaz əmlakın vahid dövlət kadastrının formalaşdırılmasına, torpaqlardan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırılmasına, torpaq idarəçiliyində müasir texnologiyaların tətbiqi yolu ilə torpaq ehtiyatlarının daha təkmil formada idarəedilməsinə imkan verəcək.

Qeyd edək ki, torpaq və geobotaniki tədqiqatların nəticələri torpaqların vahid elektron kadastrı uçotu informasiya sisteminə daxil edilir. Tədqiqat işləri başa çatdıqdan sonra əldə edilən məlumatlar işğaldan əvvəlki tədqiqat məlumatları ilə müqayisə olunacaq. Bununla torpaq fonduna dəymiş ziyan, həmin torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri haqqında dəqiq məlumat əldə ediləcək.

 

Mənbə: www.realtv.az