Yunanıstanın Baş naziri: “IGB-nin istismara verilməsi Avropa üçün xüsusi hadisədir”

Yunanıstanın Baş naziri: “IGB-nin istismara verilməsi Avropa üçün xüsusi hadisədir”<span class="qirmizi"></span>

“Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) kommersiya istismarına verilməsi təkcə layihədə iştirak edən tərəflər üçün deyil, həm də bütövlükdə Avropa üçün xüsusi hadisədir”.

“Report” xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində bildirib.

“IGB-nin istismara verilməsi təkcə Cənub-Şərqi Avropa üçün deyil, bütün Avropa üçün xüsusi hadisədir, çünki o, enerji təhlükəsizliyini və həm Balkan yarımadası, həm də qitənin digər ölkələrinə təbii qaz nəqlinin etibarlılığını əhəmiyyətli dərəcədə artırır”, - o deyib.

"Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, IGB qaz kəməri Azərbaycandan Bolqarıstana təbii qaz nəqlini həyata keçirəcək və Bolqarıstanın Rusiya qazından asılılığını zəiflədəcək. Bu, regionda həyata keçirilən digər infrastruktur layihələri ilə birlikdə etibarlı qaz təchizatı şəbəkəsi yaratmağa imkan verəcək”, - K.Mitsotakis vurğulayıb.

Yunanıstanın Baş naziri əvvəllər bir çoxlarının IGB layihəsinin həyata keçiriləcəyinə şübhə ilə yanaşdığını diqqətə çatdırıb.

Mənbə: report.az