Bolqarıstan Prezidenti: “Azərbaycandan qaz tədarükü bir çox ölkə üçün vacibdir”

Bolqarıstan Prezidenti: “Azərbaycandan qaz tədarükü bir çox ölkə üçün vacibdir”<span class="qirmizi"></span>

“Azərbaycandan qaz tədarükü bir çox ölkə üçün vacibdir”.

"Report" xəbər verir ki, bunu Bolqarıstan Prezidenti Rumen Radev Sofiyada Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) istifadəyə verilməsi mərasimində deyib.

Onun sözlərinə görə, IGB “Avropanın enerji xəritəsini dəyişib” və bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir.

O əlavə edib ki, bu layihə Bolqarıstana Azərbaycandan qaz almağa imkan verəcək.

Xatırladaq ki, bu gün Yunanıstan və Bolqarıstanı birləşdirən qaz kəməri kommersiya istismarına verilib. Bolqarıstanın paytaxtı Sofiyada baş tutmuş istifadəyə verilmə mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.

IGB Yunanıstanda Trans-Adriatik qaz kəmərinə qoşulur ki, bu da “Şahdəniz” yatağında hasil olunan Azərbaycan qazını Bolqarıstana nəql etməyə imkan verəcək.

Mənbə: report.az