Baltik boru kəməri ilə Norveçdən Polşaya qazın nəqlinə başlanılıb

Baltik boru kəməri ilə Norveçdən Polşaya qazın nəqlinə başlanılıb<span class="qirmizi"></span>

“Baltic Pipe” boru kəməri ilə Norveç şelfindən Polşaya təbii qazın nəqlinə başlanılıb.

Ednews xəbər verir ki, bu barədə Polşanın “GAZ-System” operatoru məlumat yayıb.

"6 ildən çox əvvəl söz verdiyimiz kimi, sözümüzün üstündə durduq. Bu gün “Baltic Pipe” kəməri ilə Polşaya qazın nəqlinə başlanılıb", - məlumatda qeyd olunur.

Məlumata görə, ilkin olaraq kəmər ilə gendəlik 62,4 mln. kubmetr qaz nəql olunacaq.

Qeyd edək ki, “Baltic Pipe” kəmərinin illik ötürmə gücü 10 mlrd. kubmetr təşkil edir.

Xatırladaq ki, Polşa hökuməti bəyan edib ki, respublika Rusiya qazını “Baltic Pipe” kəməri ilə nəql olunan qazla əvəz etməyi planlaşdırır. Aprelin 27-də “Qazprom” Polşaya qaz ixracını yeni sxem üzrə rublla tədarükün ödənilməməsi səbəbindən dayandırıb. Polşa əvvəllər “Yamal-Avropa” qaz kəməri ilə Rusiyadan ildə 10 mlrd. qədər qaz alırdı.

Mənbə: ednews.net