Ölkədə məhsulların faktiki qiymətlərlə dəyəri açıqlandı

2022-ci ilin yanvar-avqust ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 7 milyard 428,8 milyon manat təşkil edib.

Bu barədə Axar.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Dəyərin 3 milyard 341,1 milyon manatı heyvandarlıq, 4 milyard 087,7 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,2 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,7 faiz, bitkiçilik məhsulları üzrə isə 3,6 faiz
artıb.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanda kompüter istehsalı artıb

SONRAKI XƏBƏR

İranda daha 3 nəfər koronavirusdan öldü