Rusiya təbii qazının İtaliyaya nəqlinin bu gündən etibarən bərpa olunduğu bildirilib.
Bu barədə Rusiyanın “Gazprom” şirkəti məlumat yayıb. Bildirilib ki, Rusiya qazının Avstriya üzərindən İtaliyaya nəqli bərpa olunub və tədarükün davam etdirilməsi ilə bağlı tərəflər arasında həll yolu tapılıb. Avstriyadakı operator “Gazprom”a daşımalarla bağlı icazə verib və beləliklə, İtaliyaya qaz tədarükü bərpa edilib.
Xatırladaq ki, Rusiya qazının İtaliyaya nəqli Avstriyada sanksiyalar səbəbindən qəbul edilən yeni qanunvericiliklə bağlı yaranan problemlərə görə oktyabrın 1-də dayandırılmışdı.
Rusiyadan İtaliyaya təbii qaz nəqli bərpa edilib
Bənzər Xəbərlər
İqtisadiyyat
Rusiya büdcəsində 25 milyard dollarlıq kəsir – Xərclər kəskin artıb
6 Fevral 2023 22:30
İqtisadiyyat
Türkiyənin cənubundakı Ceyhan neft terminalında əməliyyatlar dayandırıldı
6 Fevral 2023 21:42
İqtisadiyyat
Azərbaycanda yeni tikililər zəlzələyə davamlıdır? - Ekspertdən SOS SİQNALI
6 Fevral 2023 20:51
İqtisadiyyat