İctimai nəqliyyatda gediş haqqı nə qədər arta bilər? - VİDEO

İctimai nəqliyyatda gediş haqqı nə qədər arta bilər? -  <span class="qirmizi">VİDEO</span>

Sərnişindaşıma sektorunda fəaliyyət göstərən şirkətlərin İqtisadiyyat Naziriliyinə müraciətindən sonra bu sahədə qiymət artımı yenidən aktuallaşıb.

Nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, bununla bağlı məsələ müzakirə mərhələsindədir.

Onun sözlərinə görə, qiymətlər 33 faiz artırıla bilər. Ekspert hesab edir ki, daşıyıcı şirkətlərə datasiya ayrılarsa qiymət artımı olmayacaq.

Ekspert paytaxt yollarında gündən-günə böyüyən tıxac probleminə də münasibər bildirib. Onun sözlərinə görə, sıxlığı aradan qaldırmaq üçün effektiv addımlar atmaq lazımdır. Məsələn: Dəniz üzərindən Bibiheybətdən Zığa yol çəkməklə Neftçilər prospektinin yükünü azaltmaq mümkündür.

Elməddin Muradlı deyib ki, metro xəttini Sumqayıta qədər uzatmaqla Bakı-Sumqayıt yolunda tıxac problemi də həll edilə bilər. Xırdalan dairəsində asma körpü və tunel vasitəsilə şaxələnmə yaratmaqla dairədəki xaosu aradan qaldırmaq da olar. Ekspert Binəqədi şossesi ilə bağlı da təklif irəli sürüb.

O əlavə edib ki, Sumqayıtdan Bakıya gələn, Bakıdan Sumqayıta gedən tələbələr üçün güzəştli avtobus kartları tətbiq etmək önəmlidir. Tələbələri ictimai nəqliyyata qaytarmaqla Bakı-Sumqayıt yolunda maşınların sayını azaltmaq olar.

Mənbə: baku.ws