Elnur Soltanov: "Azərbaycan alternativ enerji ilə qonşu ölkələri də təmin edəcək"

"Azərbaycan enerji ölkəsi olaraq fəaliyyətini davam etdirəcək, bərpa olunan mənbələrdən (alternativ) enerji ilə yalnız özünü deyil, qonşu ölkələri də təmin edəcək".

"Report" xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov Bakıda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda deyib.

"Azərbaycanın 157 giqavat ofşor, 3 000 meqavat külək, 23 040 meqavat isə günəş enerjisi potensialı var. Biz istəyirik ki, investorlar Azərbaycana gəlsinlər və bərpa olunan enerji istehsal edərək satsınlar", - o qeyd edib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Rusiyanın daha bir tanınmış idmançısı ölkəni tərk edib

SONRAKI XƏBƏR

Nazir müavini: "İşğaldan azad edilmiş ərazilərin bərpası ölkə üçün prioritet istiqamətdir"