Nazir müavini: "İşğaldan azad edilmiş ərazilərin bərpası ölkə üçün prioritet istiqamətdir"

Nazir müavini: "İşğaldan azad edilmiş ərazilərin bərpası ölkə üçün prioritet istiqamətdir"<span class="qirmizi"></span>

"İşğaldan azad edilmiş ərazilərin bərpası ölkə üçün prioritet istiqamətdir. Burada ağıllı şəhər və kəndlər fəal şəkildə yaradılır".

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

O bildirib ki, bu ərazilərin bərpası zamanı biz yaşıl iqtisadiyyat konsepsiyasına əməl edəcəyik.

“Ümumilikdə, beynəlxalq hesablamalara görə, 2050-ci ilə qədər dünya əhalisinin 65%-i şəhərlərdə yaşayacaq, ona görə də ekoloji cəhətdən təmiz şəhərlərin yaradılması prioritet istiqamətlərdən biridir”, - F.Əliyevav söyləyib.

Mənbə: report.az