Qarabağdan Abşerona "Yaşıl enerji" ötürüləcək

Qarabağdan Abşerona "Yaşıl enerji" ötürüləcək<span class="qirmizi"></span>

BP şirkəti Qarabağda istehsal edəcəyi "Yaşıl enerji"ni Abşerona transfer edəcək.

"Report" xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov Bakıda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda deyib.

"İnanırıq ki, bu kimi layihələrin sayı artacaq", - deyə o, əlavə edib.

Xatırladaq ki, bu il martın 16-da Energetika Nazirliyi və BP arasında Zəngilan/Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair İcra Müqaviləsi imzalanıb.

Mənbə: report.az