İsveçrə şirkəti Zəngilan və Kəlbəcər şəhərlərinin Baş Planlarını hazırlayıb

İsveçrənin "Sapartners Kovari+Kovarı" şirkəti Zəngilan və Kəlbəcər şəhərlərinin Baş Planlarını hazırlayıb.

"Report" xəbər verir ki, bu barədə Bakıda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu çərçivəsində jurnalistlərə açıqlama verən şirkətin təsisçi tərəfdaşı Dunja Kovari məlumat verib.

"Baş Planlarda əsas fokus evlərin və məktəblərin tikintisi, dizayn məsələləri ilə bağlıdır. Mən işğaldan azad edilmiş ərazilərdə bir neçə dəfə olmuşam. Bu ərazilər Azərbaycanın ən gözəl parçasıdır və inkişaf etməlidir. İnanıram ki, hazırladığımız layihələr hər kəs üçün faydalı olacaq", - deyə o, qeyd edib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Bakıda gənc qızlar arasında dava - VİDEO

SONRAKI XƏBƏR

Azərbaycanda məsuliyyətə cəlb edilmiş ermənilərin ittiham olunduqları maddələr açıqlanıb