İrandan Bakı ilə bağlı mühüm TƏKLİF

İranın birinci vitse-prezidenti Məhəmməd Möhbər Xəzər İqtisadi Forumunda Xəzər regionunda ümumi iqtisadi zona, eləcə də yaşıl gömrük dəhlizinin yaradılmasını təklif edib.

Bu barədə RİA Novosti məlumat yayıb.

“İran qonşu ölkələrlə, xüsusən də Xəzəryanı dövlətlərlə hərtərəfli əməkdaşlığın inkişafının tərəfdarıdır. Xəzəryanı ölkələrin dövlətlərinin və özəl sektorlarının ən böyük potensialından istifadə etmək üçün biz Azərbaycanda ümumi iqtisadi zona yaratmağı təklif edirik”, - Moxber bildirib.

Qeyd edək ki, Xəzəryanı ölkələrin (Azərbaycan, Rusiya, İran, Qazaxıstan, Türkmənistan) İkinci İqtisadi Forumu ötən gün Moskvada başlayıb və bu gün də işinə davam edir.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

“Dünyaya gətirdiyi gün mənə ölümünü hədiyyə etdi”

SONRAKI XƏBƏR

"Gördük ki, Qarabağda böyük işlər görülür"