AB Rusiyaya qarşı VIII sanksiya paketini təsdiqlədi

AB Rusiyaya qarşı VIII sanksiya paketini təsdiqlədi<span class="qirmizi"></span>

Avropa Komissiyası AB ölkələrinin Rusiyaya qarşı səkkizinci sanksiyalar paketini təsdiqlədiyini açıqlayıb.

Axar.az xəbər verir ki, müvafiq qərar AB-nin saytında dərc olunub.

Səkkizinci sanksiyalar paketinə aşağıdakılar daxildir:

- rus neftinin üçüncü ölkələrə dəniz daşınması üçün yuxarı qiymət həddinin müəyyən edilməsi;

- kömürün, Rusiya silahlarında istifadə edilə bilən bəzi elektron komponentlərin, aviasiya sənayesi üçün texniki məhsulların, bəzi kimyəvi maddələrin və atıcı silahların ixracına qadağa;

- odun kütləsi, kağız, siqaret, plastik, kosmetika, zərgərlik sənayesi üçün materialların (qiymətli daşlar və metallar), tekstil, ayaqqabı, dəri, keramika idxalına qadağa (idxal məhdudiyyətləri təxminən 7 milyard avro dəyərində məhsullara təsir göstərəcək);

- Rusiyadan polad məmulatlarının idxalına qoyulan qadağa (uzadılır);

- “referendum”un təşkilində iştirak edən fiziki və hüquqi şəxslərə, habelə müdafiə sənayesi nümayəndələrinə və dezinformasiya yayan şəxslərə qarşı məhdudiyyətlər;

- AB vətəndaşı olan ruslara dövlətin nəzarətində olan bəzi təşkilatlarda rəhbər vəzifələr tutmağın qadağan edilməsi;

- Rusiya vətəndaşlarının və rezidentlərinin kripto aktivlərinə xidmət göstərilməsinin qadağan edilməsi;

- Rusiya şirkətlərinə İT, mühəndislik və hüquq xidmətlərinin göstərilməsinin qadağan edilməsi;

- Rusiya Dəniz Gəmiçiliyi Reyestri ilə əməliyyatlara qadağa.

Qeyd olunur ki, Rusiya neftinin qiymət limiti 2022-ci ilin dekabrından, neft məhsulları üçün isə 2023-cü ilin fevralından tətbiq ediləcək.

Mənbə: axar.az