İsveçrə şirkəti Zəngilan, Kəlbəcər və Qubadlı şəhərlərinin Baş planları üzərində işləyir

İsveçrə şirkəti Zəngilan, Kəlbəcər və Qubadlı şəhərlərinin Baş planları üzərində işləyir<span class="qirmizi"></span>

“İsveçrənin “sa_partners” şirkəti Zəngilan, Kəlbəcər və Qubadlı şəhərlərinin Baş planları üzərində işləyir. İlk iki layihə artıq başa çatıb, sonuncu - Qubadlının Baş Planı üzərində işlər hələ də davam edir”.

Bunu “Report”a açıqlamasında şirkətin təsisçi tərəfdaşı Dunya Kovari deyib.

Onun sözlərinə görə, şirkət işğaldan azad edilmiş ərazilərdə Azərbaycanla digər əməkdaşlıq imkanlarını nəzərdən keçirir.

O bildirib ki, bütün dağıntılar haqqında eşitmək və məlumatlar oxumaq bir məsələ, burada olmaq və hər şeyi gözlərinizlə görmək tamamilə başqa məsələdir: "Söhbət təkcə 30 il əvvəl baş verənlərdən deyil, həm də 30 il ərzində baş verənlərdən gedir. Təbiət və ekosistemə ciddi şəkildə ziyan dəyib. Bütün bunları bərpa etmək çox çətindir, lakin imkanlar çoxdur”.

Mənbə: report.az