Britaniya şirkəti Qarabağda aparılan yenidənqurma işlərində fəal iştirak edir

Britaniya şirkəti Qarabağda aparılan yenidənqurma işlərində fəal iştirak edir<span class="qirmizi"></span>

“Böyük Britaniyanın “Chapman Taylor” şirkəti son 18 ay ərzində Qarabağda aparılan yenidənqurma işlərində fəal iştirak edib”.

Bunu "Report"a şirkətin Direktorlar Şurasının sədri Adrian Qriffits deyib.

"Mən işğaldan azad edilmiş ərazilərdə yerləşən bir neçə rayonda olmuşam və dünən ilk dəfə Ağdamda oldum. Digər şəhərlərdəki dağıntıların miqyası barədə məlumatlı olduğumdan burada nə gözləyəcəyimi bilirdim. Tamamilə dağıdılmış şəhərlərin mənzərəsi dəhşət doğurur. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası prosesində iştirak etməkdən qürur duyuruq”, - Adrian Qriffits bildirib.

O, rəhbərlik etdiyi şirkətin Şuşa və Cəbrayıl şəhərlərinin Baş planlarının hazırlanmasında iştirak etdiyini diqqətə çatdırıb.

Mənbə: report.az