Bu ölkədə qiymət artımı QADAĞAN EDİLDİ

Bu ölkədə qiymət artımı  QADAĞAN EDİLDİ<span class="qirmizi"></span>

Belarus prezidenti Aleksandr Lukaşenko bu gündən ölkə daxilində qiymət artımını qadağan edib.

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qərarın səbəbini açıqlayan Lukaşenko, "Çünki baş nazirimizin qeyd etdiyi kimi, çılğın artımdan sonra qiymətlər daha da artdı. Bu günlərdə qiymətlər ağlasığmazdır. Çox yüksəkdir. Ayın 6-dan etibarən hər hansı qiymət artımı qadağandır. Bu qa-da-ğan-dır! Bu gündən. Sabahdan yox, bu gündən. Belə ki, qiymətləri bir gündə qaldırmaq olmaz. Ona görə də bu gündən qiymət artımı qadağandır. Vay halına mühasibat uçotunda nəyisə geriyə qoyanların, bəzi hesablamalar, yenidən hesablamalar edənlərin halına" deyib.

 

Mənbə: manset.az