Fransada gecə saatlarında işıqlı reklamlara qadağa qoyulub

Fransada gecə saatlarında işıqlı reklamlara qadağa qoyulub<span class="qirmizi"></span>

Fransa hakimiyyət orqanları enerji istehlakını minimuma endirməyə çalışaraq, hava limanları, dəmiryol və metro stansiyaları istisna olmaqla, yerli vaxtla saat 01:00-dan 06:00-a qədər bütün ölkə ərazisində işıqlı reklamlara qadağa qoyub.

Bu barədə cümə axşamı hökumətin “Journal officiel” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, energetika naziri Aqnes Panye-Ryunaşenin hələ iyul ayında elan etdiyi qətnamə işıqlı reklamın qadağan edilməsinə yönəlmiş mövcud qanunvericilik aktlarının sistemləşdirilməsini nəzərdə tutur.

Yeni vahid qaydanın pozulması halında 1,5 min avroya qədər cərimə ödənilməlidir.

Mənbə: www.oxu.az